Paralimpiyaçılarımız Dubaya yola düşdülər
12 fevral 2016 13:45
Bu gün Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının 5 nəfərdən ibarət heyəti VII Beynəlxalq FAZZA yarışında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yola düşüb. Azerisport.az xəbər verir ki, bu, 12-20 fevral tarixlərində keçiriləcək son lisenziya xarakterli yarışdır.
Bu səfər "Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə həyata keçirilir. İdmançılarımıza uğurlar arzulayırıq.