Dmitri və Roman Saley 2 gündə 3 qızıl, 4 gümüş və 2 bürünc medal qazandı

Polşanın Şetsin şəhərində keçirilən lisenziya xarakterli açıq qış Polşa çempionatında paralimpiyaçılarımızdan xoş xəbərlər var. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən iki idmançımız 2 gündə 3 qızıl, 4 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 9 medal qazanıblar.
Beləliklə, Dmitri Saley sərbəst üsulla 50 metrədə 24.65 saniyə nəticə göstərərək gümüş, 100 metr brass üsulu ilə 1.09 nəticə göstərərək gümüş, sərbəst üsulla 400 metrədə Roman Saley 1.23 nəticəsi ilə gümüş, sərbəst üsulla 100 metrədə 54.11 saniyə nəticə göstərərək qızıl, 54.79 nəticəsi ilə bürünc medal qazanıb. Bel üstündə üzgü üsulu ilə Roman Saley 1.02.87 nəticəsi ilə qızıl medal əldə edib. Dmitri Saley 1.05.33 nəticəsi ilə bürünc, baterflay üsulu ilə 0.58.41 nəticəsi ilə Roman Saley qızıl, 1.00 nəticəsi ilə Dmitriy Saley gümüş medallara sahib olublar.