“Rio de Janeyroda qızıl medallarım Londondakından daha çox olacaq”
9 sentyabr 2012 12:17

Londonda keçirilən Paralimpiya oyunlarında 1 qızıl, 4 gümüş medal qazanmaqla əsl tarix yazan yığmamızın üzvü Natali Pronina ötən gün imza atdığı son uğurdan dərhal sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qazandığınız uğurlar münasibətilə sizi təbrik edirik! Dörd gümüş medal qazandıqdan sonra gələn “qızıl” kifayət qədər gec gəldi...
- Belə deyərdim ki, bu, Paralimpiya oyunlarına böyük bir nöqtə oldu. Mən özüm də çıxışımı məhz çempion kimi bitirməyi planlaşdırmışdım. Elə də oldu.
- Son zəfəriniz həm də dünya rekordu ilə gəldi. Bunu da planlaşdırmışdınız?
- Xeyr. Mən sadəcə qələbə qazanmaq, çempion olmaq istəyirdim. Özü də çox! Buna görə də sonda dünya rekordu qeydə alındə. Nə vaxt qələbəni çox istəyirsənsə, rekord da tab gətirmir.
- Əvvəlki cəhdlərinizin hamısında yalnız gümüş medalla kifayətləndiniz. Onlardan hansınısa çempionluğa bərabər saymaq olar?

- 200 metr məsafəyə kompleks üsulla üzgüçülükdə də mən qızıl medal qazanmağı planlaşdırmışdım. Hətta hovuzun kənarına əlimi qoyanda qələbə qazandığımı düşünürdüm. Amma məlum oldu ki, mən ikinci çatmışam.
- 6 finaldan 5 medal – Paralimpiada öncəsi belə nəticəni gözləyirdiniz?
- Paralimpiada öncəsi dediklərimi xatırlayırsız? Mən hələ o vaxt demişdim ki, bir neçə medal qazanacağam. Lakin konkret nə qədər olacağını bilmirdim. Bir şeyi bilirdim ki, mütləq qızıl medal qazanacağam. Son yarışımda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov mənə şəxsən azarkeşlik edirdi. Mən də çox istəyirdim ki, o, qələbəmi görsün. Elə də oldu.

- Ümid edirik ki, dörd il sonra uğurlarınız bir qədər fərqli olacaq – dörd qızıl, 1 gümüş medal...
- Rio de Janeyroda necə olacağını bilmirəm. Amma əminəm ki, qızıl medallarımın sayı Londondakından daha çox olacaq.