Fotoreportaj|Video|На русском

Digər növlər

Universal döyüş üzrə beynəlxalq turnirdə 9 qızıl medal

12 may 2016 15:00

Mayın 6-8-də Hövsan Olimpiya İdman Kompleksində universal döyüş üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş beynəlxalq turnir keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, 9 ölkədən (Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) 278 idmançı bacarığını nümayiş etdirib. Komandamızın üzvləri uğurla çıxış edərək 9 qızıl medala sahib çıxıblar. İdmançılarımızdan Cümşüd Məmmədov (60 kq), Elçin Hüseynli (65 kq), Namiq Məmmədzadə (70 kq), Əziz Əzimov (75 kq), Əliqismət Məmmədov (80 kq), Nicat Tağıyev (90 kq), Tahir Məsimov (95 kq), Yasər Rüstəmov (+95 kq) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələniblər. 

Ümumi hesabda Azərbaycan yığma komandası birinci pillədə qərarlaşıb. Rusiya komandası ikinci, İran yığması isə üçüncü olub. Turnir çərçivəsində peşəkarlar arasında 5 reytinq döyüşü və Asiya kəməri uğrunda döyüş də təşkil edilib. Nihad Qocayev (75 kq) və Fərid Mirzəbəyov (85 kq) reytinq döyüşlərində qalib adını qazanıblar. Asiya kəməri uğrunda döyüşdə isə Nicat Əliyev (75 kq) çempion olaraq kəməri ölkəmizdə saxlayıb. Döyüşlərdə fərqlənmiş idmançılara da mükafatlar təqdim olunub. Cümşüd Məmmədov yarışın «ən texnikalı döyüşçü»sü, Namiq Məmmədzadə isə «ən əzmkar döyüşçü» adına layiq görülüb. Yığmamızın çıxışı ilə bağlı fikirlərini bölüşən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov komandanın çıxışından razı qaldığını bildirib:

«Bu yarış Gənclər və İdman Nazirliyi, eləcə də, Azərbaycan Universal Döyüş Federasiyasının birgə təşkilatçılığı ilə keçirildi. Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış Beynəlxalq Universal Döyüş Federasiyasının rəsmi təqvim planında yer aldığı üçün bu turnirə maraq daha çoxdur. Qeyd edim ki, yarışların açılış mərasimində Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti, Olimpiya çempionu Sergey Novikov da iştriak edirdi. Sevindirici haldır ki, budəfəki yarış uğurla yekunlaşdı. Komandamız yarışa çox yaxşı hazırlaşmışdı. Komandamızın üzvləri yarışa hazırlıq məqsədilə Tofiq Bəhramov adına Respublika Stadionunda və Gürcüstanda keçirilən təlim-məşqlərdə iştirak etmişdilər.  Qeyd edim ki, turnir çərçivəsində universal döyüş tarixində ilk dəfə peşəkarlar arasında döyüşlər və Asiya Kəməri uğrunda peşəkar döyüş də keçirildi. Peşəkar döyüşlərə ilk dəfə Azərbaycanın ev sahibliyi etməsi bu növün Azərbaycanda yüksək inişafından xəbər verir. İnanıram ki, təmsilçilərimiz bundan sonrakı mötəbər yarışlarda da onlara bəslənilən ümidləri doğruldacaqlar». 

Другие новости этого раздела

Dünya çempionatında 2 medal08 dekabrAlim Nəbiyev dünya çempionu oldu21 noyabrAlim Nəbiyev Avropa çempionunu məğlub etdi29 oktyabrQəbələ döyüşçülərindən 3 qələbə16 oktyabrBakıda növbəti MMA yarışı14 oktyabrQəbələnin döyüşçüsü Avropa çempionu titulunu qazandı10 oktyabrQəbələ idmançısından 7-ci qələbə04 oktyabrAtakişiyev Krasnodardan qalib dönür24 sentyabrQarabağ erməni təxribatına görə İrandakı turnirdə iştirakdan imtina etdi17 sentyabrOdlar Yurdunda döyüş turnirinin qalibləri açıqlandı06 iyunNəriman Abbasovdan 12-ci qələbə27 mayAtçılığın konkur növü üzrə Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək24 mayKraliça Qarabağ atlarına tamaşa etdi16 mayM-1 Challenge 67 ilk dəfə Bakıda16 mayQasımov Sarkisyana qalib gəlib, Avropa çempionu oldu15 may
18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 
Arxiv
BAKU 2020
Neftchi fan shop