Sadıq Sadıqov kikboksçularla görüşüb
25 fevral 2016 17:20
«Neftçi İdman Klubu» İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov son vaxtlar ölkə və beynəlxalq səviyyəli yarışlarda böyük uğurlara imza atmış kikboksçularımızla görüşüb.
Azerisport.az xəbər verir ki, o, klubun yeniyetmə və gənc kikboksçularını qazandıqları nailiyyətlər, xüsusilə də bugünlərdə keçirilmış Azərbaycan birinciliyində əldə etdikləri böyük uğura görə təbrik edib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Respublikamızda idmanın inkişafından və bu sahəyə göstərilən dövlət qayğısından geniş söhbət açan aparat rəhbəri bundan sonra da klub tərəfindən yeniyetmə və gənc idmançılara hər cür şəraitin yaradılacağını bildirib.
Klubun kikboksinq üzrə baş məşqçisi Ehram Məcidov səmimi görüşə və onlara göstərilən qayğıya görə kikboksçular adından "Neftçi İdman Klubu”nun rəhbərliyinə minnətdarlığını bildirib. O, bundan sonra da beynəlxalq yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyacaqlarına və Vətənə medallarla dönəcəklərinə ümidvar olduğunu söyləyib. (klubun saytı)