Azərbaycan klubu Türkiyədə ikinci oldu
20 fevral 2016 21:00
Türkiyənin Antalya şəhərində 18-20 fevral tarixlərində təşkil edilən 4-cü klublararası Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, çempinatda ölkəmizi təmsil edən "Gilan" taekvondo klubu uğurlu çıxışı ilə böyüklər və gənclər arasında ümumi komanda hesabında 2-ci pilləyə sahib olub.