Klublararası AÇ-də daha 9 medal
Türkiyənin Antalya şəhərində keçirilən klublararası Avropa çempionatının 2-ci gününün nəticələri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Avropanın 170 klubunun iştirak etdiyi sayca 4-cü olan çempionatın ikinci günü mübarizəyə qoşulan Təhsil R.İ.M. , Sumqayıt O.İ.K. və "Gilan" taekvondo klubunun üzvləri olan gənc taekvondoçuları bu nəticələri göstəriblər:
1. Gülsüm Gültəkin (-59 kq) - qızıl medal ("Gilan" TK)
2. Əliəskər Əliyev (-68 kq) - gümüş medal ("Gilan" TK)
3. Orxan Tağızadə (78+ kq) - gümüş medal ("Gilan" TK)
4. Cavid Məmmədov (-48 kq) - bürünc medal ("Gilan" TK)
5. Əli Məmmədov (-59 kq) - bürünc medal ("Gilan" TK)
6. Mert Çiçek (-73 kq) - bürünc medal ("Gilan" TK)
7. Nərgiz Mirzəyeva (-44 kq) - gümüş medal (Təhsil R.İ.M.)
8. Aliyə Zeynalova (-44 kq) - bürünc medal (Təhsil R.İ.M.)
9. Mehriban Məmmədova (-42 kq) - bürünc medal (Sumqayıt O.İ.K.)
Bundan əlavə olaraq, geniş heyətlə yarışa qatılan "Gilan" Taekvondo klubu gənc oğlanlar arasında 1-ci yerə, gənc qızlar arasında isə 3-cü yerə layiq görülüb.