Fotoreportaj|Video|На русском

Digər növlər

Sky Sports-un nümayəndələri Bakı Şəhər Halqası ilə tanış oldular

4 fevral 2016 14:00

Formula 1 yarışlarının yayım hüququna sahib bu kanalın Bakıya səfər edən jurnalistləri Formula 1-in ən yeni şəhər trası ilə yaxından tanış olublar və burada çəkiliş aparıblar. Azerisport.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən həftəsonu dünyaca məşhur Sky Sports adlı idman telekanalının Formula 1 yarışı üzrə çəkiliş komandasını Bakıda böyük məmnuniyyətlə qonaq edib.

Bakıya səfər edən Sky Sports heyətinə Formula 1 Paddok Klubunun məşhur aparıcılarından olan və “Tedin Gündəliyi” verilişi ilə tanınan Ted Kravitz rəhbərlik etdi. Ted Kravitz bu ilin yayında Azərbaycanda ilk dəfə baş tutacaq Formula 1 Avropa Qran Prisinin keçiriləcəyi trasın xüsusiyyətləri haqqında ətraflı məlumat almaq və Bakı Şəhər Halqası barəsində video reportaj hazırlamaq üçün paytaxt Bakıya öz çəkiliş qrupu ilə gəldi.

Qonaqlar Bakıya ötən həftənin cümə günü, 29 yanvar tarixində səhər saatlarında təşrif buyurdular və həmin gün Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhər Halqası (BŞH) ilə bağlı ilkin təəssüratlar əldə etdilər. Çəkilişlərinə hava limanına enər-enməz başlayan qonaqlar oradan Bakının rəmzi olan Alov Qüllələrinə gəldilər. Daha sonra çəkiliş qrupu buradan ardıcıllıqla fəvvarələr meydanı, Bayraq Meydanı və 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinin keçirildiyi Bakı Kristal Zalınana səfər edərək həmin yerlərdə maraqlı məqamları lentə aldılar.

Sonrakı gün, yanvarın 30-da Ted Kravitzin rəhbərliyindəki çəkiliş qrupu Bakı Şəhər Halqasının inşa olunacağı yerə gəldi. Burada qonaqları BŞH-nın Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Batçer müşayiət etdi. Çəkiliş zamanı bu ilki yarış gündəliyinə salınan Avropa Qran Prisinin keçiriləcəyi yerin özünəməxsus xüsusiyyətləri, o cümlədən BŞH-nın şəhər trasları arasında ən sürətli tras ünvanına sahib olacağı gözləntisi və digər vacib məqamlar əhatə olunub:

• Bakının dənizkənarı bulvarı boyu davam edən əsas sürət xəttində bolidlərin maksimal sürətinin saatda 340 km-ə çatacağı gözlənilir.

• Ehtişamlı görüntüyə malik Hökumət Evindən Paddok və Pit Yolu aydın müşahidə olunur.

• Trasın 7-ci döngədən 11-ci döngəyədək olan hissəsi tarixi İçəri Şəhərin divarları boyunca davam edir.

• Trasın 15-ci döngədən sonrakı hissəsi aşağıya doğru yüksək meylliliyə sahibdir və 16-cı döngədən sonra tras əsas sürət xətti ilə davam edir.

• 18-ci döngənin arxa fonunda şəhərin ən qədim binalarından olan Qız Qalası yerləşir və bu hissədən sonra tras əks istiqamətdə davam edən “iki tərəfli yarış zolağı” hissəsinə keçid alır.

Ted və onun komandası BŞH-a valeh oldular. Onlar iyunda baş tutacaq bu yarışı səbrsizliklə gözlədiklərini bildirdilər:

Gərgin iş şəraitində keçən həftəsonu ərzində Ted, BŞH-nın icraçı direktoru Arif Rəhimov ilə də üz-üzə müsahibə almağa vaxt ayıra bildi. Onlar müsahibə zamanı əsasən 2016-cı il Formula 1 Avropa Qran Prisinə hazırlıqla bağlı görülən işlər haqqında danışdılar.

Paytaxt və Bakı Şəhər Halqası ilə əlaqədar çəkilişlərə rəng qatmaq istəyən Sky Sports komandası bazar günü Bakı küçələrinin unikal mənzərəsinə öz çalarını verən ağ Lada avtomobilində şəhər turu etdilər. Bu avtomobildə onlar, şəhər turunu tamamlamaqla yanaşı BŞH-nı bir daha ziyarət edərək şəhər trasının əsas məqamları ilə daha yaxından tanış oldular və eyni zamanda şəhərin kənarında olan neft quyularına da səfər etdilər.

Ted və komandasının Bakıdan hazırladığı video reportajı 18-20 mart tarixlərində baş tutacaq Avstraliya Qran Prisinin yarış həftəsonu ərzində Sky Sports F1 kanalında efirə veriləcək. Bundan əlavə, Bakı səfərində aparılmış çəkilişlərin bir hissəsi Sky Sportsa məxsus “24 saat xəbər” kanalında və eyni zamanda Sky Sports F1-in internet səhifəsində (www.skysports.com/f1) izləyicilərə təqdim olunacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah