Nazir müavini: Lisenziyaların sayı 53-dən çox olacaq
9 yanvar 2016 12:30
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan idmançılarının avqustda Rioda keçiriləcək Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanacağını bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda 28 lisenziyamız var. Amma lisenziyaların sayı artacaq. 2015-ci il Azərbaycan idmanı üçün uğurlu oldu. İl ərzində 823 medal qazanmaqla yeni rekorda imza atdıq. Bu idmanımızın və idmançılarımızın inkişafını göstərir. 2012-ci il London olimpiadasına 53 lisenziya qazanmışdıqsa, bu dəfə lisenziyalar daha çox olacaq. Biz buna inanırıq".