Fotoreportaj|Video|На русском

Olimpizm

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi yaradıldı

18 sentyabr 2015 18:00

İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş 2013-cü il 24 iyul tarixli qərar Azərbaycanda məmnunluqla qarşılanmışdır. Azerisport.az xəbər verir ki, bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.

İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır.

Uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsi olmaqla yanaşı, onun idman şöhrətini artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2017-ci ilin may ayında Bakı şəhərində IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Mehriban Əliyeva – Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi,

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti,

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Xəzər İsayev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü

Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru

Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru

Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsindəki nümayəndəsi (Təşkilat Komitəsinin katibi)

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.

3. Təşkilat Komitəsi IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 2015-ci il.

Другие новости этого раздела

İlham Əliyev yenidən MOK prezidenti seçildi01 dekabrBOK Rəhimovu Olimpiya medalından məhrum etdi18 noyabr“İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb, amma görülməli işlər çoxdur”08 noyabrKoordinasiya Komissiyasının 4-cü iclası öz işinə başladı08 noyabrAzərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək25 oktyabrİdmanda manipulyasiyaya görə cəzalar sərtləşdirilir24 oktyabrOlimpiya çempionumuza AGİN-də vəzifə verildi06 sentyabrİslam Həmrəyliyi Oyunları Milli Olimpiya Komitələri üçün açıq gün keçirir13 mayİslam Həmrəyliyi oyunlarının açılışına geriyə sayım başladı13 mayBakı 2017 İslam Həmrəyliyi Oyunlarının yeni loqosu və brendi təqdim edildi12 mayİslam Həmrəyliyi Oyunlarının rəhbər işçiləri Bakıda bir araya gəldi12 mayİslam Həmrəyliyi Oyunlarına 1 il qalması münasibəti ilə məsul şəxslər Bakıda görüşəcək11 mayAvropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub26 aprelBakıda Olympic Moves proqramının final mərhələsinin açılış mərasimi keçirilib26 aprelNazir müavini: Lisenziyaların sayı 53-dən çox olacaq09 yanvar
18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 
Arxiv
BAKU 2020
Neftchi fan shop