Neftçi İdman Klubu bəyanat yaydı
Son günlər KİV-də Suraxanı qəsəbəsində yerləşən təlim-məşq bazasında idmançıların və məşqçilərin imzalarının toplanması ilə bağlı müxtəlif informasiyalar yayılıb. "Neftçi İdman Klubu" İctimai Birliyinin mətbuat xidmətindən azerisport.az bildiriblər:
"Artıq bir ildir ki, "Neftçi" İSM adlı qurum fəaliyyət göstəmir. Bu qurum "Neftçi İdman Klubu" İctimai Birliyidir. İctima Birliyin tərkibində yüzlərlə idmançı müxtəlif idman növləri üzrə fəaliyyət göstərirlər. "Neftçi İdman Klubu" İctimai Biriliyinin bütün idmançıları Dövlət Neft Şirkətinin balansında olan idman obyektlərində mötəbər yarışlara hazırlaşırlar. Təkcə Suraxanı qəsəbəsində yerləşən bazada 7 idman növü üzrə bölmə var. Burada hazırlıq keçən idmançılar Bakıda təşkil olunacaq Avropa Oyunlarına və digər beynəlxalq yarışlara hazırlaşırlar. Bir faktı qeyd edək ki, qılıncoynadanlarımız 2 gündən sonra Dünya kuboku yarışına yollanacaqlar. Bir daha bildiririk ki, "Neftçi İdman Klubu" İctimai Birliyinin idmançıları, Dövlət Neft Şirkətinin balansında olan obyektlərdə hazırlıq keçirlər. Mətbuatda bizim tərəfimizdən hansısa obyektlərin tikiləcəyi və imzaların toplanması ilə bağlı yazılan bütün informasiyalar tam əsassızdır və heç bir həqiqəti əks etdirmir. "Neftçi" İdman Klubu" İctimai Birliyi yalnız Azərbaycan idmanının inkişafına xidmət edir və hər il bu qurumun yetirmələri müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər".