Azad Rəhimov yubileyində Olimpiya Ordeni ilə təltif edildi
8 oktyabr 2014 17:45
Bu gün Gənclər və İdman naziri, MOK-un vitse-prezidenti Azad Rəhimovun 50 yaşı tamam olur. Azerisport.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin sərəncamı ilə Azad Rəhimov "Olimpiya Ordeni” ilə təltif edilib.
Ordeni yubilyara Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.
Azad Rəhimov öz növbəsində bunları deyib: “Sevinirəm ki, ilk ordenimi idmanla bağlı alıram. Bu, idmançıların ordenidi”.