Prezident Patrik Hikkini qəbul etdi
19 sentyabr 2014 17:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib. Azerisport.az xəbər verir ki, görüşdə 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyi məmnunluqla qeyd olunub, Azərbaycanda idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısının önəmi vurğulanıb, idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.