Qurbanova gümüş medal qazandı
Yeniyetmələrin ikinci Olimpiya Oyunlarında güləş yarışları keçirilir. Azerisport.az xəbər verir ki, ikinci yarış günündə yeniyetmə qızlar mübarizə aparıb.
Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçirilir. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.
52 kq çəki dərəcəsində təmsilçimiz Leyla Qurbanova Kanada, Ukrayna və Salvador güləşçiləri ilə eyni yarımqrupda mübarizə aparıb. Bütün rəqiblərini məğlub edən güləşçimiz finala vəsiqə qazanıb. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb. Leyla Qurbanova Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
1-ci dövrə - Tianna Kennet (CAN) - Leyla Qurbanova 0:10
2-ci dövrə - Olena Kremzer (UKR) - Leyla Qurbanova 1:2
3-cü dövrə - Aparicio Vasquez (ESA) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)
FİNAL - Leyla Qurbanova - Mayu Mukaida (JPN) 3:9
Yeniyetmələrin II Olimpiya Oyunlarının güləş yarışlarında ilk gün mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 gümüş medala sahib olub. İslambek Dadov (69 kq) qızıl, Cabbar Nəcəfov (50 kq) isə gümüş medal qazanıb. (AGF)