Quliyev: Olimpiya çempionu olduğum üçün xoşbəxtəm
21 avqust 2014 13:25
Çində Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazanan taekvondoçu Səid Quliyev azerisport.az saytına təəssüratlarını bölüşüb:
"Çox xoşbəxtəm. Mübarizəyə başlayanda qızıl medal arzulayırdım. Finala qədər uğurlu çıxış etdikdən sonra yalnız çempionluq barədə düşünürdüm. Məşqçim sona qədər mübarizə aparmağı və təslim olmamağı tapşırmışdı. Həlledici görüşdə qələbə istəyim çox idi. Bəlkə də ona görə rəqibdən çəkinmirdim. Azərbaycana qızıl medal qazandırdığım üçün sevinirəm. Bu mənim karyeramın ən böyük nəticəsidi. Bununla karyeram başa çatmır. Növbəti turnirlərdə də ümidləri doğrultmağa çalışacam. Çindəki idmançılarımıza gəlincə fikrimcə qarşıdakı günlərdə medallarımızın sayı artacaq".