İlham Əliyev: Bu işlərə indidən başlamalıyıq
16 yanvar 2013 15:25
Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçiriləcək 2015-ci il Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə indidən başlamağın vacibliyini qeyd edib. Azerisport.az xəbər verir ki, ölkə başçısı çıxışından bunları qeyd edib:
“Bu ildən biz Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə də başlamalıyıq. Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Mən bu məsələ ilə bağlı Azərbaycan xalqını təbrik etmişəm, Azərbaycan xalqına müraciət etmişəm. Çünki hesab edirəm ki, bu, çox ciddi hadisədir. Bu, eyni zamanda, Azərbaycanda son illər ərzində görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuliyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.

Yaxın günlərdə təşkilat komitəsinin yaradılması ilə bağlı qərar veriləcəkdir və işlər dərhal başlanmalıdır. Əlbəttə, dövlət qurumları bu işlərdə fəal iştirak etməlidirlər. Buraya həm infrastruktur, nəqliyyat, təhlükəsizlik, turizm – yəni, bütün sahələr cəlb edilməlidir. Bir daha biz dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdir. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidir. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik”. (azərtac)