Roman Heydərov İstanbul Open turnirində çempion oldu
2 sentyabr 2016 15:30
Roman Heydərov (kata, şəxsi məşqçisi Vüqar Kərimov, milli komanda məşqçisi Vahid Ayvazov) yeniyetmə və gənclər arasında 11-ci "İstanbul Open" beynəlxalq turnirinin qalibi olub. Azerisport.az xəbər verir ki, 16-17 yaşlı gənclər arasında çempion olan Heydərov şənbə günü Premyer Liqada da iştirak edəcək.
Ondan başqa Sahib Əhədov və Ülvi Zeynallı (hər ikisi fizikiqüsurlu idmançılar arasında, şəxsi məşqçisi Rənad Əliyev, milli komanda məşqçisi Vahid Ayvazov) yarışın mükafatçıları olublar. S.Əhədov qızıl medala, Ü.Zeynallı isə gümüş mükafata sahib olub.