Karateçilərimizdən İndoneziyada qızıl medal
29 avqust 2016 12:00
Kata üzrə Avropa üçüncüsü Roman Heydərovla (şəxsi məşqçisi Vüqar Kərimov, milli komanda məşqçisi Vahid Ayvazov) 13 yaşlıların kumite yarışında çıxış edən Rəvan Bağırov Beynəlxalq Şotokan Karate-do Federasiyasının (SKİF) 12-ci dünya çempionatının qalibi olublar. Azerisport.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının və SKİF-in Azərbaycan təşkilatının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İndoneziyanın paytaxtı Cakartada mötəbər yarışa yollanan 3 idmançımızdan, "Arpaçay" klubunun üzvü R.Heydərov və "Qaraqaplan" klubunun yetirməsi R.Bağırov rəqiblərinə maksimal üstünlüklə qalib gəlib.
Nüfuzlu yarışda 48 ölkədən 700-dək müxtəlif yaşlı karateçi iştirak edib.