Karateçilərimiz Konyada 7 medal qazandılar
25 aprel 2016 15:15
Yeniyetmə və gənc karateçilərimiz Türkiyənin Konya şəhərində 6-cı Rumi Uşaq Oyunlarına 7 medal qazanıblar. Azerisport.az xəbər verir ki, oğlanlardan Bəxtiyar Rzayev (-70 kq) gümüş medala, Fərid Ağayev (-57 kq), Tural Yaqubov (-57 kq) və Eldar Qədirov (-63 kq) isə bürünc mükafatlara sahib olublar.
Qızlardan Nərgiz Vəliyeva kumitedə, Emilya Mitlinova və Mədinə Sadıqova isə kata çıxışında 3-cü yeri tutub.