Fotoreportaj|Video|На русском

Karate

AMKF 2015-ci ilə yekun vurdu

29 dekabr 2015 13:20

Azərbaycan Milli Karate Federasiyası (AMKF) 2015-ci ilə yekun vurub. Azerisport.az xəbər verir ki, bu münasibətlə federasiyanın idarə heyətinin üzvləri, o cümlədən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili, milli məclisin Gənclər və İdman komitəsinin sədr müavini Ülvi Quliyev, AMKF-in 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İmdan nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) baş direktoru Elmir Həbibullayev, federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov başda olmaqla məşqçi, hakim və əsas komanda üzvlərinin iştirakı ilə hesabat iclası keçirilib.

Ötən 2015-ci ilin Azərbaycan idmanı üçün ən uğurlu illərdən biri kimi tarixə qovuşduğunu söyləyən Ülvi Quliyev, ildən ilə artan uğurların dövlət başçısı və Milli Olimpiya Komitəsinin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin idmana böyük dəstəyinin nəticəsi olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, ölkə rəhbəri ilin yekunlarına görə Avropa Oyunlarının qalibi Firdovsi Fərzəliyevlə Ayxan Mamayevi mənzillə təmin edib. Həmçinin veteran karateçi Oqtay Məmmədovu “Bədən tərbiyəsi və idman xadimi” yüksək idman mükafatı ilə təltif edib, dünya karatesinin liderlərindən Rafael Ağayev növbəti dəfə ilin ən yaxşı 10 idmançısı arasına daxil olub.

1-ci vitse-prezident Rəhman Hətəmov ilk Avropa Oyunlarında karateçilərimizin qazandığı tarixi zəfərin, böyüklərin Avropa çempionatında, yeniyetmə və gənclərin Avropa və Dünya çempionatlarında, eləcə də nüfuzlu Premyer Liqa turnirlərində əldə edilən 47 qızıl, 53 gümüş və 56 bürünc olmaqla 156 medalın məhz bu uğurlu ildə əldə edildiyini xatırladıb. Baş sponsor ABB-nin rəsmi nüamayəndəsi Elmir Həbibullayev dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq hər zaman yüksək nəticələr göstərən azərbaycan karateçilərinin 2016-cı ildə də lazımi səviyyədə maliyyələşdiriləcəyini bildirib. Digər çıxış edənlər 2015-ci ildə hakimlərin səviyyəsinin artırılmasında və digər sahələrdə effektli fəaliyyətin qarşıdakı ildə daha da artırılmasna  çalışacaqlarını bildiriblər.

Məzuniyyətdə olan AMKF prezidenti Yaşar Bəşirov başda olmaqla federasiyanın kollektivi adından Azərbaycan karatesinə verilən yüksək qiymətə görə ölkə prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlər ifadə edilib. Yığıncaqda həmçinin karatenin inkişafını daim diqqətdə saxlayan GİN naziri Azad Rəhimova, Milli Olimpiya Komitəsinin 1-ci vitse-prezidenti Çingiz Hüseynzadəyə və baş sponsor ABB-nin idarə heyətinin sədri Elmar Məmmədova minnətdarlıq qeyd olunub. Federasiya rəsmiləri 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə ölkənin idman ictimaiyyətini təbrik edərək 2016-cı ildə xalqımıza əmin-amanlıq, stabil inkişaf və zəfərlər arzulayıblar.

Sonda ilin yekunlarına görə fərqlənənlərin mükafatlandırılmasında Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili, milli məclisin Gənclər və İdman komitəsinin sədr müavini Ülvi Quliyevə karate geyim dəsti hədiyyə olunub. Baş sponsor Azərbaycan Beynəlxalq Bankının baş direktoru Elmir Həbibullayevə karate geyim dəsti ilə 2-ci dan fəxri dərəcə sertifikatı təqdim olunub. “İlin ən yaxşıları” nominasiyasında “İlin idmançısı” adına Rafal Ağayev, və İlahə Qasımova, “İlin məşqçisi” Şahin Xudaverdiyev, “İlin hakimi” isə Vüqar Kərimov layiq görülüb. Həmçinin 2015-ci ldə müxtəif rəsmi beynəlxaq yarışlarda uğurla çıxış edən idmançılara, məşqçi və hakimlərə pul mükafatları verilib.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah