Kişilər və qadınlar arasında cüdo üzrə Bakı açıq çempionatına start verildi
12 noyabr 2016 14:00
Bu gün Sərhədçi Olimpiya İdman kompleksində kişilər və qadınlar arasında cüdo üzrə Bakı açıq çempionatına start verilib. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək yarışın ilk günündə 146 cüdoçu mübarizə aparır.
Çempionatda qızlarda 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq, oğlanlarda isə 60 kq, 66 kq, 73 kq çəki dərəcələrində cüdoçular qüvvəsini sınayır.