Cüdo üzrə Bakı birinciliyinə start verildi
10 noyabr 2016 14:40
Bu gün Sərhədçi Olimpiya İdman kompleksində yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə start verilib. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək yarışda 500-ə yaxın idmançı mübarizə aparır.
Yarışın ilk günündə qızlarda 46 kq, 50 kq, 55 kq və 60 kq, oğlanlarda isə 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində 350-ə yaxın cüdoçu qüvvəsini sınayır.