Uinston Parks - aprel ayının ən güclüsü!
4 may 2011 13:36
Aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Uinston Parks ötən ayın ən güclü futbolçusu seçilib.
“Xəzər Lənkəran”ın kosta-rikalı hücumçusu respondentlərin 42 faizlik səs çoxluğunu (236 səs) qazanıb. Onun ən yaxın izləyicisi isə “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo olub. Ötən ayın ən yaxşısı olan braziliyalı futbolçu bu dəfə səslərin 36 faizini toplaya (200 səs) bilib.
Üçüncü yer isə "Qarabağ"ın yarımmüdafiəçisi Georgi Adamiyaya qismət olub. Ağdamlıların gürcü futbolçusu cəmi 7 faiz səs toplayıb (40 səs).