Dekabr ayının futbolçusu – Rauf Əliyev
6 yanvar 2011 17:24
Azerisport.az dekabr ayının futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuya yekun vurub. 7 futbolçunun namizəd kimi göstərildiyi siyahıda oxucularımız `Qarabağ`ın və yığma komandamızın hücumçusu Rauf Əliyevə daha çox səs veriblər. Respondentlərin 51 faizi məhz bu oyunçunun ötən ayın ulduzu olduğu qənaətindədir.
İkinci pillədə isə 21 faiz səs toplayan `Xəzər Lənkəran`ın artıq yollarını ayırdığı Allan Lalin yer alıb. Samir Əliyev (Simurq), Stefan Barbikoni (Bakı), Elşən Məmmədov (Muğan), Arif İsayev (Qəbələ) və Rauf Mehdiyev (Neftçi) isə daha az səs toplayıb.