Bahodir Nəsimov oktaybrın da ən yaxşısı oldu
10 noyabr 2010 17:28
Azerisport.az saytında oktyabr ayın futbolçusu seçildi. Sorğunun nəticələrinə görə birinci yer uğrunda əsas mübarizə "Neftçi"-nin hücumçusu Bahodir Nəsimov, "Xəzər-Lənkəran"-ın qapıçısı Kamran Ağayev və Türkiyənin "Eskişehirspor" klubunun müdafiəçisi Rəşad Sadıqov arasında gedirdi. Lakin ötən ay olduğu kimi özbək forvard yenidən cəmi bir neçə faiz üstün oldu. Bu dəfə Nəsimova qələbə üçün 36% səs bəs etdi. Qeyd edək ki, forvard ardıcıl olaraq üçücü dəfə "Ayın futbolçusu" adına oxucular tərəfindən layiq görülür. İkinci yerdə qərarlaşan Kamran Ağayev cəmi üç faiz az toplayıb – 33%. Üçüncü gedən Rəşad Sadıqov isə səslərin 23% toplaya bilib. Digər nəticələr isə belədi: Samir Zərgərov – 6%, Qvidas Yuşka – 3%.