Fotoreportaj|Video|На русском

Gimnastika

Ayşən Bayramova: Avropa Oyunlarında layiqli çıxış etmək istərdim

29 may 2015 00:40

İyunun 12-də Bakıda start götürəcək Avropa Oyunlarına  2 həftədən bir az çox zaman qalıb. Azerisport.az xəbər verir ki, oyunlar, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə hər 4 ildən bir keçiriləcək.

Bu Oyunlarda, ölkəmizdə tamaşaçılar üçün daha çox populyar və sevimli olan bədii gimnastika idman növü üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası və fərdi proqramda çıxış edəcək Marina Durunda ilə yanaşı, gənc və istedadlı Ayşən Bayramova da iştirak edəcək. Təəssüflər olsun ki, zədə aldığına görə oyunlarda çıxış edə bilməyəcək Gülsüm Şəfizadəni əvəz etmək üçün məhz, o ən axırıncı an seçildi. Adət-ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyası sizin diqqətinizə Ayşən Bayramova ilə olan müsahibəni təqdim edir.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Mən gimnastikayla 6 yaşımda məşğul olmağa başladım və o, mənim üçün sevilmli idman növünə çevrildi. 14 yaşından Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvüyəm. 

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi? 
- Heç bilmirəm... Mən üzgüçülüklə məşğul olmuşam -  pis də alınmırdı, lakin xoşuma gəlmirdi (gülür). Bu cür uğurla həndbol ilə də məşğul olmuşam.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Mənim sirrim bundan ibarətdir: Fikirlərin tam toplanması.

- Fikrincə hər hansı idman növündə vacib olan nədir?
- Özünü zədələrdən qorumaq və təslim olmadan məqsədə doğru addımlamaq.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- İdman anidən zədə almaq mümkündür və bundan heç kəs sığortalanmayıb. Zədə almamaq üçün, bizə düzgün yıxılmağı öyrədirlər, lakin əgər səhv buraxsan, ciddi zədə ala bilərsən.

- İdmanda kumirin varmı?
- Əvvəllər kiçik olanda, kumirim Alina Kabayeva idi, indi isə kumirim yoxdur. Gimnast kimi Yana Kudryavtsevanı bəyənirəm, o sadəcə idealdır.

- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- Avropa Oyunlarında ilk 10-a düşməyi istəyirəm, daha sonra isə Dünya Çempionatında iştirak etsəm, 24 ən yaxşı gimnastın siyahısına düşmək istərdim. Dünya Çempionatında komanda hesabında mükafatçılar sırasında olmağı arzulayıram.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- İlk öncə biləndə ki, bu cür irihəcmli yarışda ölkəni mən də təmsil edəcəm, çox sevindim. Avropa Oyunlarında layiqli çıxış etmək istərdim.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Bu haqda, hələ düşünməmişəm.

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Həftənin bazar günləri alınır. Cümə axşamları da mümkündür çünki, biz yarım gün məşq edirik.

- Öz ailən haqda danış bir az.
- Mənim anam idmanı, xüsusilə bədii gimnastikanı çox sevir. Mənim bir əkiz bacım var – Türkan. Və bir balaca qardaşım var, Sərxan əvvəllər akrobatikayla məşğul olurdu, sonra isə cüdo bölməsinə yazıldı.

- Sevdiyin şəxs varmı?
- Hələ ki xeyr, buna vaxt da yoxdur (gülür).

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Adətən “Ayşən irəli!!!”, “Ayşən sən bacararsan!!!”.

- Onlara nə demək istərdin?
- Dəstəklədiklərinə görə təşəkkür edirəm.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah