Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu
21 dekabr 2016 17:50
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri cavab oyununu (5:2, ilk oyun 6:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Maraqlı oyun oldu. Bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı. Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram".