Yaşar Seyidov: İstefamı qəbul etdikləri üçün rəhbərliyə təşəkkür edirəm
21 mart 2015 13:00
"Bakı" klubundan ayrılan vitse-prezident Yaşar Seyidov istefası barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heç vaxt "Bakı"dan ayrılacağımı düşünməzdim. Klubdan ayrılmaq çətindir. Amma indi belə lazımdır. Rəhbərliyə istefamı qəbul etdikləri üçün təşəkkür edirəm. Kluba, futbolçulara və rəhbərliyə gələcək yarışlarda uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə "Bakı" azarkeşlərini sevindirəcək".