Bir qolun tarixçəsi adlı kitab nəşr olundu
18 mart 2013 15:17
AFFA-nın əməkdaşı Rasim Mövsümzadənin «Bir qolun tarixçəsi» adlı kitabı nəşr olunub. Azerisport.az xəbər verir ki, AFFA-nın çap etdirdiyi bu kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə SSRİ yığmasının heyətində İngiltərədə dünya çempionatında Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.
Yeri gəlmişkən, Youtube.com saytında "1966 (July 28) Portugal 2-USSR 1 (World Cup)" yazıb axtarış verməklə ilk çıxan videoda həmin qolu izləmək mümkündür.
Qeyd edək ki, AFFA-nın «Futbol dünyası» nəşrinin şöbə müdiri olan Rasim Mövsümzadə həmçinin «FIFA Ballon d’Or», «UEFA Best Player in Europe» və «Golden Foot» kimi nüfuzlu beynəlxalq mükafatların münsiflər heyətinin üzvüdür.