Rednik Lənkərana qayıdır
26 mart 2012 14:02
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, yerli azarkeşlərin sevimlisi ruminiyalı Mirça Rednik yenidən Azərbaycana gəlir. Azerisport.az xəbər verir ki, aprelin 10-da 50 yaşını qeyd edəcək ruminiyalı çalışdırıcının şərəfinə bu şəhərdə futzal turniri keçiriləcək.
Turnirin təşkilatçısı Vaqif Rəşidovdu. Buna qədər müxtəlif turnirlər keçirmiş Rəşidov minlərlə azarkeşin sevimlisi olan Rednikə təşəkkürünü bu yolla bildirmək istəyir.
Artıq təşkilatçı şəxs şərəfinə keçiriləcək futzal turnirinə dəvət də edilib. Onun aprelin 9-da Lənkərana gələcəyi və qalibləri mükafatlandıracağı gözlənilir.