Fotoreportaj|Video|На русском

Futbol

Futbolumuzun 100 illiyinə dair təntənəli tədbir keçirilib

7 iyun 2011 11:00
Ötən “Buta Palace”da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azerisport.az xəbər verir ki, aparıcılar İlham Qasımov və ingiltərəli diktor Viktoriya Makdonald tədbiri açıq elan edərək qonaqları salamlayıblar.
 
Sonra “Eurovision-2011”dəki təmsilçilərimiz Eldar Qasımov və Nigar Camalzadə Beynəlxalq Mahnı Müsabiqəsində birinci yeri tutan mahnılarını ifa ediblər.
 
Baş katib Elxan Məmmədov Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə ölkəmizə təşrif buyurmuş FİFA və UEFA rəhbərliyini, müxtəlif milli assosiasiyaların nümayəndələrini salamlayıb, ölkəmizin futbol həyatındakı əlamətdar hadisənin sevincini bölüşdükləri üçün onlara minnətdarlığını bildirib. Sonra səhnəyə AFFA-nın prezidenti Rövnəq Abdullayev, FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov dəvət olunub.
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edərək qonaqları salamlayıb və onlara minnətdarlığını bildirib: “Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən mərasimdə iştirak etdiyinizə görə hər birinizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. İcazənizlə Azərbaycanın futbol ailəsi adından cənab Blatteri növbəti dəfə FİFA-nın prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayır və seçkidən sonra ilk xarici səfərini ölkəmizə etdiyinə görə dərin minnətdarlığımızı bildiririk. Məlumat üçün qeyd etmək istərdim ki, yüz il bundan əvvəl, 1911-ci ildə əsasən yerli və xarici neft şirkətləri komandalarının iştirakı ilə Azərbaycanda ilk futbol çempionatı keçirilmişdir. Milli futbolumuzun 100 illiyi Azərbaycanın ictimai həyatında əlamətdar hadisədi. Ötən dövrdə futbol xalqımızın ən sevimli idman növlərindən birinə çevrilmiş, ümumxalq xarakterli oyunlardan olmuşdur. Milli futbol ənənələri yaranmış, məşhur oyunçu, məşqçi və hakimlər yetişmişdir. Dünya futboluna Ələkbər Məmmədov, Anatoli Banişevski kimi futbolçular, Tofiq Bəhramov və Eldar Əzimzadə kimi hakimlər bəxş etmiş Azərbaycanda futbolun inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Respublikamıza rəhbərlik etdiyi bütün illər ərzində digər sahələrlə yanaşı idmanın, o cümlədən futbolun tərəqqisinə dəyərli töhfələr verən ümummilli lider Heydər Əliyev futbolçularımızın peşəkarlıq səviyyəsinin artırılmasını və sosial qayğılarının həll edilməsini daim diqqət mərkəzində saxlamışdır. Ulu öndərimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev futbolun yüksəlişinə dövlət gənclər siyasətinin prioritet sahələrindən biri kimi böyük önəm verir. “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı” bunun bariz nümunəsidir. Dövlət Proqramı bir neçə ildir, uğurla həyata keçirilir, futbolun inkişafı naminə ölkəmizdə indiyədək misli görünməmiş, genişmiqyaslı işlər aparılır. Fəaliyyətində 3 meyarı – kütləvilik, təhsil və infrastrukturu əsas götürən AFFA Dövlət Proqramının əsas icraçılarından olaraq bu istiqamətdə səylərini artırmış, bir çox mühüm layihələrə imza atmışdır. Beynəlxalq futbol təşkilatlarının dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Futbol Akademiyası yaradılmışdır. Uşaq futbolunun inkişaf etdirilməsi məqsədi ilə ölkənin ayrı-ayrı bölgələrində “Top Festivalı”, “Məktəbli kuboku” yarışları keçirilir, uşaq futbol məktəbləri yaradılır, qızlar üçün yay futbol məktəbləri təşkil olunur. Eyni zamanda infrastrukturun yenilənməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində fəaliyyət sürətlənmişdir. Geniş tutumlu bir neçə stadionun inşasına başlanılmış, 70-ə yaxın süni örtüklü meydança tikilərək istifadəyə verilmişdir. Yubiley tədbirləri çərçivəsində bu gün 6700 nəfərlik stadion istismara verildi.   Respublika Prezidenti cənab İlham Əliyevin, FİFA-nın prezidenti Yozef Blatterin və UEFA-nın prezidenti cənab Mişel Platininin iştirakı ilə 65 min nəfərlik stadionun təməli qoyuldu. Təbii ki, bütün bunlar Azərbaycan futbolunun gələcək uğurlarına geniş zəmin yaradacaq.
İnanırıq ki, 100 illik zəngin ənənələrə malik Azərbaycan futbolu qarşıdakı illərdə öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq, dünya və Avropa futboluna daha sıx inteqrasiya edərək, beynəlxalq mövqelərini gücləndirəcək, ölkəmizin idman uğurlarını durmadan yüksəldəcəkdir.
Azərbaycan futbolunun 100 illik yubileyini bizimlə birgə qeyd etdiyi üçün bütün qonaqları və futbol ictimaiyyətinin nümayəndələrini bir daha təbrik edirəm”.
 
UEFA-nın prezidenti Mişel Platini 100 illik yubileyin əlamətdar hadisə olduğunu bildirərək Azərbaycan futbol ictimaiyyətinə səmimi təbrikləri çatdırıb. Sonra UEFA-nın adından AFFA-ya üzərində Azərbaycan futbolunun 100 illik yubileyini əks etdirən ornamentlər toxunmuş xalça hədiyyə edilib.
 
FİFA-nın prezidenti Yozef Blatter Azərbaycanda dəfələrlə səfərdə olduğunu və hər səfərində ölkəmizin qısa müddət ərzində bütün sahələrdə sürətlə inkişaf etdiyinin şahidi olduğunu söyləyib. O, ölkəmizdə futbola dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini deyib, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. Y.Blatter üzərində Azərbaycan futbolunun 100 illik yubileyini əks etdirən ornamentlər toxunmuş xalçanı və FİFA-nın diplomunu AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.
 
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan futbolunun 100 illik yubileyini ölkəmizin idman həyatı üçün xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirib və bu sevinci ölkəmizin futbol ictimaiyyəti ilə birgə qeyd etdiyi üçün qonaqlara təşəkkürünü bildirib. A.Rəhimov deyib ki, Azərbaycan müxtəlif idman növləri üzrə keçirilən ən mötəbər yarışlara və tədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. Gənclər və idman naziri Azərbaycan futbolunun 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını yüksək qiymətləndirdiyini söyləyib.
 
Çıxışlar başa çatdıqdan sonra futbol veteranları, AFFA İcraiyyə Komitəsinin üzvləri Ələkbər Məmmədov və Kazbek Tuayev səhnəyə dəvət olunub. Hər iki veteran futbolçu Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə və ölkə futbolunun 100 illik yubileyi münasibətilə FİFA-nın xüsusi diplomu ilə təltif olunub. Diplomları FİFA-nın prezidenti Yozef Blatter təqdim edib.
Azərbaycan futbolunun 100 illik tarixinə həsr olunmuş film nümayiş olunub.
 
FİFA-nın prezidenti Yozef Blatter yenidən səhnəyə dəvət olunub. O, 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının loqotipinin təqdim olunacağını bildirib.
 
Azərbaycan bayrağının rənglərinə uyğun geyinmiş rəqqasələrin ifasında U-17 qızlar arasında DÇ-2012-nin loqotipinin təqdimatı məqsədilə hazırlanmış xüsusi kompozisiyaya malik rəqs nümayiş etdirilib. Rəqs nömrəsi başa çatdıqdan sonra dünya çempionatının loqotipi səhnədəki böyük monitorda əks olunub və tədbir iştirakçılarının alqışı ilə qarşılanıb.
 
Sonra səhnəyə üzərində FİFA-nın üzvü olan müxtəlif milli assosiasiyaların bayraqlarının əks olunduğu maykalar geyinmiş uşaqlar çıxıb və xüsusi rəqs nömrəsi təqdim ediblər.
 
Dünya şöhrətli hakim Tofiq Bəhramova həsr olunmuş film nümayiş olunub. Sonra səhnəyə ingiltərəli futbol veteranı, 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında Almaniya yığmasının qapısına vurulan və Tofiq Bəhramovun oyunun baş hakiminə müvafiq işarəsindən sonra qeydə alınmış qolun müəllifi Ceff Herst, həmin oyunda Almaniya yığmasının qapısını qoruyan Hans Tilkovski və Tofiq Bəhramovun oğlu Bəhram Bəhramov dəvət edilib. Bəhram Bəhramovun vasitəçiliyi ilə hər iki veteran futbolçu bir-birinin əlini sıxaraq 45 illik mübahisəyə Azərbaycan futbolunun 100 illik yubiley mərasimində son qoyulduğunu bildiriblər.
 
Rəsmi hissə başa çatdıqdan sonra mərasim incəsənət ustalarının çıxışı ilə davam etdirilib.

Другие новости этого раздела

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim22 martAFFA-nın XXV növbəti Konfransı keçirilib07 martQurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox09 fevral Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim01 fevralİradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim12 yanvarReytinq cədvəli açıqlanıb12 yanvarQarabağa yeni futbolçu qoşuldu10 yanvarİqnasio Herrera komandaya qoşuldu10 yanvarAzərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı10 yanvarİbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu10 yanvarTəbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür10 yanvarYığmamız özünə iki rəqib tapdı09 yanvarElxan Abdullayev: Komanda yaxşı təsir bağışladı09 yanvarElşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır09 yanvarŞtutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında09 yanvar
9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu
BAKU 2020
Neftchi fan shop