Fotoreportaj|Video|На русском

Ayın futbolçusu

AFFA-nın XXV növbəti Konfransı keçirilib

7 mart 2018 15:04
Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Azerisport.az xəbər verir ki, əvvəlcə Azərbaycan milli komandasının ötən il keçirdiyi oyunlarda vurulmuş qollardan ibarət videoçarx nümayiş olunub.
AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu qeyd edib.
Mandat komissiyasının sədri Rəmiş Malıyev məruzə edərək Konfransın səlahiyyətli olduğunu bildirib.
Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Rövşən Əhmədov, Vaqif Ömərov və Kərim Ağayevdən ibarət say komissiyası seçilib.
Konfransda FIFA və UEFA nümayəndələrinin iştirak etdiyini qeyd edən baş katib Elxan Məmmədov  FIFA-nın Avropa ölkələri üzrə kuratoru Byorn Vassallonu FIFA-nın Konrfansa müraciətini səsləndirmək üçün kürsüyə dəvət edib. Daha sonra baş katib geniş məruzə ilə çıxış edib, ardınca hesabat videoçarxı nümayiş olunub.
AFFA-nın baş mühasibi Xalid Cavadov 2017-cı ilin maliyyə hesabatını təqdim edib (maliyyə hesabatı saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib.
Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə futbolun kütləviliyinin artırılması istiqamətində görülən işlərlə bağlı çıxış edib.
UEFA-nın HatTrick proqramı haqqında təqdimatla Konfransda iştirak edən Tyerri Favrenin fikirləri dinlənilib.
Azərbaycan milli komandasının da iştirak edəcəyi UEFA Millətlər Liqası turnirilə bağlı UEFA-nın hazırladığı tanıtım videoçarxı  izlənilib. Videoçarx başa çatdıqdan sonra söz Konfransda iştirak edən UEFA İcraiyyə Komitəsinin üzvü John Delaneyə verilib.
Konfransın öz işini bitirdiyini elan edən AFFA-nın prezidenti R. Abdullayev konfrans iştirakçılarını qarşıdan gələn Novruz bayramı, xanımları isə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Sonda AFFA və UNICEF-in birgə hazırladığı videoçarx izlənilib.
Konfransdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib. (AFFA)

Другие новости этого раздела

Avqust ayının ən yaxşı oyunçusu açıqlandı25 sentyabrAprel ayının ən yaxşısı bəlli oldu04 mayAprel ayının ən yaxşı oyunçusu kim olsun?29 aprelFevral ayının da ən yaxşı futbolçusu Nikolas Kanales oldu07 martFevral ayının ən yaxşısı kim olsun?03 martKanales dekabr ayının da ən yaxşısı seçildi05 yanvarDekabr ayının ən yaxşısı kim olsun?26 dekabrNoyabr ayının ən yaxşısı yenə Nikolas Kanales oldu12 dekabrNoyabrın ən yaxşı futbolçusu kim olsun?10 dekabrOktyabr ayının ən yaxşı futbolçusu bəlli oldu11 noyabrOktyabr ayının ən yaxşı futbolçusu kim olsun?08 noyabrSentyabr ayının ən yaxşı futbolçusu bəlli oldu05 oktyabrSentyabr ayının ən yaxşı futbolçusu kim olsun?01 oktyabrAvqust ayının ən yaxşı futbolçusu bəlli oldu11 sentyabrAvqust ayının ən yaxşı futbolçusu kim olsun?07 sentyabr
4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu
BAKU 2020
Neftchi fan shop