Beynəlxalq federasiyanın prezidenti erməniləri qınadı
1 aprel 2010 13:00
Bu gün Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verib ki, konfransda prezident Ermənistan tərəfi Bakıda keçirilən yeniyetmə və gənclər arasında dünya çempionatında iştirakdan imtinasını şərh edib: “İdman gərək insanları, xalqları, ölkələri birləşdirsin. Azərbaycan tərəfi ermənilərə hər cür təhlükəsizlik zəmanəti verərək, irəliyə doğru addım atdı. Bu, sevindirici haldır”.
Usmanov həmçinin yaxın vaxtlarda Bakıda başqa beynəlxalq turnirlərin keçirilə biləcəyini də istisna etməyib.