Ermənilər nədən qorxur?
2 mart 2010 16:29
Erməni qılıncoynadanları Bakıya gəlmək barədə düşünür. Azerisport.az xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov müxbirimizlə söhbətində bildirib ki, bədnam qonşularımız hələ son qərarını verməyib: “Beynəlxalq federasiyanın əsas tələblərindən biri bu idi ki, Bakıda keçirilən gənclər və yeniyetmələr arasında dünya çempionatında bütün ölkələri təmsilçiləri iştirak etmək imkanı qazansınlar. Yarışa qeydiyyat FIE-nin saytında gedir, yəni biz bu prosesə müdaxilə edə bilmərik. Beynəlxalq quruma da bildirmişik ki, erməniləri digər komandalar kimi qarşılayacağıq. Mən bildiyim qədər ilə onlar hələ son qərarını verməyib və hələ fikirləşirlər”.