Daha bir Ermənistan komandası Bakıda?
23 fevral 2010 00:05
Aprelin 2-10-u aralığında Bakıda yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə dünya çempionatı keçiriləcək. Azerisport.com xəbər verir ki, yarışda erməni idmançılarının iştirakı istisna edilmir. Bu barədə məlumat verən Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov bununla bağlı heç bir problemin yaranmayacağını bildirdi: “Sifariş vərəqələrini beynəlxalq federasiya qəbul edir. Hələ ərizələrin qəbulunun son tarixi məlum deyil. Təşkilatçı kimi biz dünya çempionatında iştirak edən bütün komandaları eyni qaydada qarşılamağa borcluyuq. Ermənistanlı qılıncoynadanlar Azərbaycana gəlmək istəsələr, bununla bağlı heç bir problem yaşanmayacaq”.