AÇ-nin finalı ilə bağlı önəmli faktlar
Sabah Fransada keçirilən Avropa çempionatına yekun vurulacaq. Azerisport.az xəbər verir ki, həlledici oyunda meydan sahibi fransızların rəqibi Portuqaliya yığması olacaq.
Final öncəsi bəzi önəmli faktları diqqətinizə çatdırırıq:
Ən böyük hesablı qələbə: İspaniya - İtaliya - 4:0 (2012)
Ən məhsuldar final: İspaniya - İtaliya - 4:0 (2012), Çexoslovakiya - Almaniya 2:2 (1976)
Ən məhsuldar final: 79 115 azarkeş, İspaniya - SSRİ - 2:1 (1964)
Finallarda ən çox uduzan komanda: Almaniya, SSRİ - 3
Bombardirlər: Oliver Birhoff (Almaniya), Horst Hrubeş (Almaniya), Herd Müller (Almaniya), Fernando Torres (İspaniya) – 2 qol
Finalda dubla imza atanlar: Oliver Birhoff (Almaniya), Horst Hrubeş (Almaniya), Herd Müller (Almaniya)
Fərqli finallarda qol vuran: Fernando Torres (İspaniya) (2008, 2012)
Həm futbolçu, həm də məşqçi kimi Avropa çempionu olan: Berti Foqts (1972, 1996).
Finallarda əzmkar qələbə qazananlar:
2000: Fransa - İtaliya 2:1, əlavə vaxtda (Fransa 55-ci dəqiqədə qol buraxsa da, əlavə vaxtda qızıl qolla qalib gəlib)
1996: Almaniya - Çexiya 2:1, əlavə vaxtda (Almaniya 59-cu dəqiqədə qol buraxsa da, qızıl qolla qalib gəlib)
1960: SSRİ - Yuqoslaviya 2:1, əlavə vaxtda (SSRİ birinci hissəni məğlub başa vursa da, əlavə vaxtda qalib gəlib)
İndiyə qədərki 14 finaldan 5-də qalib 90 dəqiqə ərzində müəyyənləşməyib
Əlavə vaxtda (standart variant) qalib gələnlər: 1 (SSRİ - Yuqoslaviya 2:1, 1960)
"Qızıl qol" qaydası ilə qalib gələnlər: 2 (Almaniya - Çexiya 2:1, 1996, Fransa - İtaliya 2:1, 2000)
Penaltilərlə qalib gələnlər: 1 (Çexoslovakiya - Almaniya 2:2, pen. 5:3, 1976)
Təkrar oyunda qalib gələn: 1 (İtaliya - Yuqoslaviya 2:0, 1968)
Meydan sahibləri finallarda
2004: Portuqaliya - Yunanıstan 0:1
1984: Fransa - İspaniya 2:0
1968: İtaliya - Yuqoslaviya 2:0 (təkrar oyun)
1964: İspaniya - SSRİ 2:1
“Baltika-Bakı” şirkətinin flaqman brendi olan “Xırdalan” pivəsi AÇ-2016-nın Azərbaycanda rəsmi sponsorudur. “Baltika-Bakı” "Carlsberg Group"un bir hissəsidir, hansı ki, artıq 30 ildir ki, dünyamiqyaslı futbol hadisəsi sayılan AÇ-2016-nın rəsmi sponsorudur.
Qeyd edək ki, "Carlsberg Group" dünyada ən böyük pivə istehsalçılarından biridir.