Antuan Qrizmann: Mişel Platini səviyyəsinə çatmağıma hələ çox var
Ötən gecə Almaniyaya qarşı keçirdikləri oyunda dubla imza atan Antuan Qrizmann Fransa yığmasının AÇ-2016-nın finalına çıxmasında əsas pay sahibi oldu. Azerisport.az xəbər verir ki, İspaniyanın "Atletiko" klubunun futbolçusu qitə birinciliyində vurduğu qolların sayını da 6-ya çıxardı.
Artıq onun AÇ-2016-nın bombardiri olacağı demək olar ki, heç kimdə şübhə doğurmur. Öz ölkəsində keçirilən qitə birinciliyi Qrizmannın səviyyəsini ortaya qoymasına şərait yaratdı. Artıq bütün futbol dünyası ondan danışır.
Fransızlar isə onu Mişel Platini ilə müqayisə etməyə başlayıblar. Həmin Platini ki, AÇ-1984-də (yeri gəlmişkən, AÇ-2016 kimi, həmin qitə birinciliyi də Fransada keçirilib) 9 qol vurub. Lakin Qrizmann özünün əfsanəvi futbolçu ilə müqayisə olunmasını istəmir: "Əlbəttə, çox qol vurmağımdan razıyam. Amma hələ Platini səviyyəsinə çatmağıma çox var. Ümid edirəm ki, nə vaxt onun standartlarına çataram".
Qeyd edək ki, Qrizmannın qol sayını artırması üçün daha 90 (bəlkə də 120) dəqiqəsi var. Bu futbolçunun komandasını AÇ-nin finalında Portuqaliya ilə duel gözləyir. Antuan həlledici oyunda şansların bərabər olduğunu düşünür: "Bu, finaldır, hər şey ola bilər. Soyuqqanlılığı itirmək olmaz. Finala ən yaxşı formada hazırlaşmalıyıq".
Azərbaycanda AÇ-2016-nın rəsmi sponsoru "Carlsberg Group"un bir hissəsi “Baltika-Bakı” şirkətinin flaqman brendi olan “Xırdalan” pivəsidir.
Dünyada ən böyük pivə istehsalçılarından biri olan "Carlsberg Group" idmanın dəstəyinə və inkişafına böyük diqqət yetirir və artıq 30 ildir ki, dünyamiqyaslı futbol hadisəsi olan AÇ-2016-nın rəsmi sponsorudur.