Sonuncu yarımfinalçı Fransa oldu

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün AÇ-2016-da 1/4 finalın sonuncu oyunu keçirilib.
Dördüncü yarımfinalçının adına Fransa - İslandiya matçında aydınlıq gəlib. Qarşılaşma turnirə ev sahibliyi edən ölkənin yığma komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, daha öncə Uels, Portuqaliya və yığması yarımfinala vəsiqəni təmin etmişdi.
Beləliklə, finala çıxmaq üçün Uels Portuqaliya ilə mübarizə aparacaqsa, Almaniya Fransa ilə qarşılaşacaq.
AÇ-2016
1/4 final
3 iyul
Fransa - İslandiya - 5:2 (4:0)
Qollar: O.Jiru, 13 (1:0). P.Poqba, 20 (2:0). D.Paye, 43 (3:0). A.Qrizmann, 45 (4:0). K.Siqtorsson, 56 (4:1). O.Jiru, 59 (5:1). B.Byarnason, 84 (5:2).
Baş hakim: Byörn Keypers (Hollandiya).
Sen-Deni.