Almaniya İtaliyaya penalti seriyasında qalib gəldi

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün AÇ-2016-da 1/4 finalın daha bir oyunu keçirilib.
Üçüncü yarımfinalçının adına Almaniya - İtaliya matçında aydınlıq gəlib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə yarım saatda tərəflər yenə heç-heçəyə razılaşıblar. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən almanlar AÇ-nin yarımfinalına yüksəliblər.
Qeyd edək ki, daha öncə Uels və Portuqaliya yığması yarımfinala vəsiqəni təmin etmişdi. Bu iki komanda bir-biri ilə qarşılaşacaqsa, Almaniyanı Fransa - İslandiya matçının qalibi gözləyir.
AÇ-2016
1/4 final
2 iyul
Almaniya - İtaliya - 1:1 (penaltilər - 6:5)
Qollar: M.Özil, 65 (1:0). L.Bonuççi, 78-pen. (1:1).
Baş hakim: Viktor Kaşşai (Macarıstan).
Bordo.