İtaliya İspaniyanı, İslandiya İngiltərəni AÇ-dən qovdu
Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün qitə birinciliyində 1/8 final mərhələsinə yekun vurulub.
Günün ilk qarşılaşmasında erkən final kimi dəyərləndirilən İtaliya və İspaniya yığmalarının oyunu baş tutub. İtaliyalılar inamlı qələbə ilə 1/4 finala yüksəliblər.
Sonuncu 1/4 finalçının adına isə İngiltərə - İslandiya oyunundan sonra aydınlıq gəlib. Erkən qol vuran ingilislər matçda hesabı açan tərəf olsa da, qısa müddət ərzində iki qol buraxıblar. Qalan dəqiqələrdə matçda başqa qol vurulmayınca, İslandiya 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha öncə Polşa, Uels, Portuqaliya, Fransa, Almaniya və Belçika yığmaları 1/4 finala vəsiqəni təmin etmişdi.
AÇ-2016
1/8 final mərhələsi
27 iyun
İtaliya - İspaniya - 2:0 (1:0)
Qollar: C.Kyellini, 33 (1:0). Q.Pelle, 90 (2:0).
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
Sen-Deni.
İngiltərə - İslandiya - 1:2 (1:2)
Qollar: U.Runi, 4 (1:0). R.Siqurdsson, 6 (1:1). K.Siqtorsson, 19 (1:2).
Baş hakim: Damir Skomina (Sloveniya).
Nitsa.