Polşa, Uels və Portuqaliya 1/4 finalda!
Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, qitə birinciliyində iki günlük fasilədən sonra bu gün 1/8 final mərhələsinə start verilib.
Günün ilk qarşılaşmasında İsveçrə və Polşa üz-üzə gəlib. Bu görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Bu üzdən də qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Daha dəqiq oynayan polşalılar AÇ-nin 1/4 finalına yüksələn ilk kollektiv olublar.
Növbəti görüşdə iki Britaniya təmsilçisi - Uels və Şimali İrlandiya derbisi baş tutub. Uels DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibi olan şimali irlandiyalıları minimal hesabla məğlub edib.
Nəhayət, günün son matçı Xorvatiya və Portuqaliya yığmaları arasında keçirilib. Bu görüşün də əsas vaxtında qalib müəyyənləşməyib. Amma əlavə vaxtın son dəqiqələrində qol vurmağa nail olan Portuqaliya növbəti 1/4 finalçı olub.
AÇ-2016
1/8 final mərhələsi
25 iyun
İsveçrə - Polşa - 1:1 (penaltilər - 4:5)
Qollar: Y.Blaşikovski, 39 (0:1). X.Şakiri, 82 (1:1).
Baş hakim: Mark Klattenburq (İngiltərə).
Sent-Etyen.
Uels - Şimali İrlandiya - 1:0 (0:0)
Qol: Q.Makauli, 75 (1:0).
Baş hakim: Martin Atkinson (İngiltərə).
Paris.
Xorvatiya - Portuqaliya - 0:1 (0:0)
Qol: R.Kuaresma, 117 (0:1).
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).
Lans.