AÇ-də qrup mərhələsi başa çatdı
Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün qitə birinciliyində daha iki qrupda son oyunlar keçiriləcək və qrup mərhələsinə yekun vurulub. 13-cü oyun günündə dörd görüş baş tutub.
Öncə F qrupu çərçivəsində Macarıstan - Portuqaliya və İslandiya - Avstriya görüşləri keçirilib. 6 qolun vurulduğu birinci oyunda qalib müəyyənləşməyib. Nəticədə, Macarıstan 1/8 finala qrup lideri kimi yüksəlib. Digər oyunda isə İslandiya dramatik qarşılaşmada Avstriyaya qalib gələrək, pley-offa ikinci vəsiqənin sahibi olub. Portuqaliya yığması isə üçüncü olub.
Saat 23:00-da isə E qrupunda İsveç - Belçika və İtaliya - İrlandiya görüşləri start götürüb. İtaliya İrlandiyaya məğlub olsa da, 1/8 finala lider kimi yüksəlib. Belçika daha bir qələbə qazanmaqla qrup ikincisi olub. İrlandiya isə qrup üçüncüsü kimi adını növbəti mərhələyə yazdırmağa nail olub.
AÇ-2016
Qrup mərhələsi
22 iyun
F qrupu
Macarıstan - Portuqaliya - 3:3 (1:1)
Qollar: Z.Gera, 19 (1:0). Nani, 42 (1:1). B.Cucak, 47 (2:1). K.Ronaldo, 50 (2:2). B.Cucak, 55 (3:2). K.Ronaldo, 62 (3:3).
Baş hakim: Martin Atkinson (İngiltərə).
Lion.
İslandiya - Avstriya - 2:1 (1:0)
Qollar: Y.Bedvarsson, 18 (1:0). A.Şopf, 60 (1:1). A.Traustason, 90+4 (2:1).
Matçın 37-ci dəqiqəsində Avstiya yığmasının üzvü A.Draqoviç penaltidən yararlana bilməyib
Baş hakim: Simon Marçinyak (Polşa).
Paris.
1 | Macarıstan | 3 | 1 | 2 | 0 | 6 | 4 | +2 | 5 |
2 | İslandiya | 3 | 1 | 2 | 0 | 4 | 3 | +1 | 5 |
3 | Portuqaliya | 3 | 0 | 3 | 0 | 4 | 4 | 0 | 3 |
4 | Avstriya | 3 | 0 | 1 | 2 | 1 | 4 | –3 | 1 |
E qrupu
İsveç - Belçika - 0:1 (0:0)
Qol: R.Naynqqolan, 84 (0:1).
Baş hakim: Feliks Brix (Almaniya).
Nitsa.
İtaliya - İrlandiya - 0:1 (0:0)
Qol: R.Breydi, 85 (0:1).
Baş hakim: Ovidiu Hateqan (Rumıniya).
Lill.
1 | İtaliya | 3 | 2 | 0 | 1 | 3 | 1 | +2 | 6 |
2 | Belçika | 3 | 2 | 0 | 1 | 4 | 2 | +2 | 6 |
3 | İrlandiya | 3 | 1 | 1 | 1 | 2 | 4 | –2 | 4 |
4 | İsveç | 3 | 0 | 1 | 2 | 1 | 3 | –2 | 1 |