Uels və İngiltərə də AÇ-nin 1/8 finalında!

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün qitə birinciliyində daha bir qrupda son oyunlar keçirilib.
11-ci oyun günündə də iki görüş baş tutacaq. Hər iki matç B qrupu çərçivəsində oynanılıb.
Qrup lideri İngiltərə Slovakiya ilə qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb.
Keçirdiyi ilk iki oyunda qələbəyə həsrət qalan Rusiya yığması isə Uelslə münasibətlərinə aydınlıq gətirib. Britaniyalılar şimal qonşularımızı darmadağın ediblər.
Bu nəticələrdən sonra Uels qrup lideri kimi, İngiltərə isə ikinci yerlə 1/8 final mərhələsinə vəsiqə qazanıb. Üçüncü yeri tutan Slovakiyanın da mərhələ adlamaq şansı qalmaqdadır.
AÇ-2016
Qrup mərhələsi
B qrupu
20 iyun
Rusiya - Uels - 0:3 (0:2)
Qollar: A.Remzi, 11 (0:1). N.Teylor, 20 (0:2). Q.Beyl, 67 (0:3).
Baş hakim: Yonas Eriksson (İsveç).
Tuluza.
Slovakiya - İngiltərə - 0:0 (0:0)
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).
Sent-Etyen.
1 | Uels | 3 | 2 | 0 | 1 | 6 | 3 | +3 | 6 |
2 | İngiltərə | 3 | 1 | 2 | 0 | 3 | 2 | +1 | 5 |
3 | Slovakiya | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 |
4 | Rusiya | 3 | 0 | 1 | 2 | 2 | 6 | –4 | 1 |