Millimizin rəqiblərindən biri qalib gəldi, digəri uduzdu, Türkiyə AÇ-yə məğlubiyyətlə başladı

Fransada keçirilən Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, turnirin üçüncü oyun günündə daha üç görüş baş tutub.
Öncə meydana Azərbaycan futbolsevərlərini ən çox maraqlandıran Türkiyə yığması ilə Xorvatiya üz-üzə gəlib. Qardaş ölkə yığması bu görüşdə məğlubiyyətlə üzləşib.
"C" qrupunda isə DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Şimali İrlandiya Polşa ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşün də taleyini bir qol həll edib. Millimizin rəqibi minimal hesablı məğlubiyyətə üzülüb.
Günün son matçında da gələcək rəqiblərimizdən biri - Almaniya yığması ilə Ukrayna üz-üzə gəlib. Bu görüşdə gözlənildiyi kimi, almanlar qalib gəliblər.
AÇ-2016
Qrup mərhələsi
12 iyun
"D" qrupu
Türkiyə - Xorvatiya - 0:1 (0:1)
Qol: L.Modriç, 41 (0:1).
Paris.
"С" qrupu
Polşa - Şimali İrlandiya - 1:0 (0:0)
Qol: A.Milik, 51 (1:0).
Nitsa.
Almaniya - Ukrayna - 2:0 (1:0)
Qollar: Ş.Mustafi, 19 (1:0). B.Şvaynştayger, 90+2 (2:0).
Lill.