AÇ-də ilk heç-heçə, Aqolli və komandasından məğlubiyyət
Fransada təşkil olunan AÇ-2016-da bu gün daha üç oyun baş tutub. Azerisport.az xəbər verir ki, oyunlardan biri "A", qalan ikisi isə "B" qrupu çərçivəsində keçirilib.
"A" qrupunda "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin komandası - Albaniya yığması İsveçrə ilə üz-üzə gəlib. Ağdam klubunun üzvü bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 5-ci dəqiqədə qapısında qol görən albanlar 36-cı dəqiqədən etibarən azlıqda qaldıqları görüşdən minimal hesablı məğlubiyyətlə ayrılıblar.
"B" qrupunun ilk oyununda Uels və Slovakiya yığmaları qarşılaşıb. Üç qolun vurulduğu oyunda qələbəni uelslilər bayram ediblər.
Günün son matçı isə İngiltərə və Rusiya yığmaları arasında baş tutacaq. Bu görüşdə hesabı ingilislər açsa da, qarşılaşmaya əlavə olunan dəqiqələrdə ruslar hesaba tarazlıq gətirə və məğlubiyyətdən qaça biliblər.
AÇ-2016
11 iyun
"A" qrupu
Albaniya - İsveçrə - 0:1 (0:1)
Qol: F.Şer, 5 (0:1).
Lans.
"B" qrupu
Uels - Slovakiya - 2:1 (1:0)
Qollar: Q.Beyl, 10 (1:0). A.Duda, 61 (1:1). H.Robson-Kanu, 81 (2:1).
Bordo.
İngiltərə - Rusiya - 1:1 (0:0)
Qollar: E.Dayer, 73 (1:0). D.Qluşakov, 90+2 (1:1).
Marsel.