Bakılı sürücü Topazda 809 515 manat uddu
10 fevral 2016 11:45
İdman-mərc oyunları operatoru "Topaz"da növbəti möhtəşəm uduş qeydə alınıb. Azerisport.az xəbər verir ki, 49 yaşlı bakılı sürücü Elşən Şəfiyev 809 515 manat uduşun sahiblərindən biri olub.
Şəfiyev bildirir ki, "Topaz"da oynayıb qazanmağı dostlarına da tez-tez məsləhət görür: "Bu, dövlət səviyyəsində qanuni bir şeydir. Mən bir neçə dəfə qazanmışam və pullarımı da qəpiyinə kimi almışam. Ona görə də hər zaman "Topaz"ı seçirəm".
Qeyd edək ki, "Topaz"ın uduşları ötən il 216 milyon manat təşkil edib. Bu ilin yanvar ayında isə 9 milyon manat uduş qeydə alınıb.