Qarabağ İnterlə oyunun favoritidir
9 dekabr 2014 13:00
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Qarabağ"ın da qələbə qazanmaq şanslarını dəyərləndirib.
“Topaz” Bakıda İtaliyanın "İnter" klubunu qəbul edəcək Ağdam təmsilçisinin favorit olduğu qənaətindədir.
Bu oyunun əmsalları ilə aşağıda tanış ola bilərsiniz:
Avropa Liqası
Qrup mərhələsi
11 dekabr
21:00. Qarabağ - İnter (2.20 — 3.10 — 2.70)