Topazda 13 gün ərzində 7.785.994 manatlıq uduş
22 iyun 2012 17:42

Avropa çempionatının başlanğıcından etibarən 13 gün ərzində “Topaz” oyunçuları 7.758.994 manat uduş qazanıblar. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
Hazırda “Topaz” Satış Məntəqələrin ümumi sayı 354-dür. Bundan əlavə internetdə www.etopaz.az ünvanında elektron agent də fəaliyyət göstərir.
Yalnız son 5 ay ərzində Bakı ərazisində fəaliyyət göstərən Topaz satış nöqtələrinin ümumi sayı 56% , regionlarda isə 20% artmışdır. Topaz Satış Məntəqələri paytaxt Bakı ilə yanaşı bir çox regionlarda da uğurla fəaliyyət göstərməkdədirlər. Bu yaxınlarda Topaz satış şəbəkəsi daha da artaraq Lerik, Balakən və Daşkəsən kimi şəhərləri də özündə birləşdirdi. İlin sonuna qədər ölkə ərazisindəTopaz Satış Məntəqələrin ümumi sayının 650-ə çatdırılması planlaşdırılır.
Cari Topaz Satış Məntəqələrinin ünvanlarları haqqında məlumat və ya yeni Topaz məntəqəsinin açılışı üçün www.topaz.az ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanda tək qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. Topaz 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir. Əlavə məlumat almaq üçün 926 nömrəsinə zəng etmək kifayətdir.