Şahmatçılar üçün Bermuda Party təşkil olundu
8 sentyabr 2016 00:20
42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları üçün ənənəyə uyğun olaraq "Bermuda Party" təşkil olunub. Azerisport.az xəbər verir ki, istirahət günü ərəfəsində Bakı Şahmat Olimpiadasının qonaqları, məşqçilər, şahmatçılar və federasiya nümayəndələri musiqi sədaları altında rəqs ediblər.
Qeyd edək ki, "Bermuda Party" Şahmat Olimpiadalarının ənənəvi istirahət gecəsi hesab edilir və adətən olimpiada vaxtı təşkil olunur.