Fotoreportaj|Video|На русском

Şahmat

Nərgiz Umudova: Oyun təkqapıya getdi

6 sentyabr 2016 00:00

42-ci Ümumdünya Şahmat Olimpiadasının 4-cü turunda qadınlardan ibarət ikinci milli komandamızın üzvü, dördüncü lövhədə yarışan Nərgiz Umudova italiyalı Alessia Santeramonu məğlub edib. Azerisport.az xəbər verir ki, görüşdən sonra təcrübəli şahmatçımız jurnalistlər üçün brifinq təşkil edib.

- Əvvəlcə görüş haqda fikirlərinizi bildirərdiniz.
- Bu gün İtaliyaya qarşı oynayırıq. Rəqibin heyətində 2 təcrübəli, 2 də gənc şahmatçı yer alıb. Son lövhədəki rəqibim Alessia Santeramo gənc şahmatçıdır. Ağlarla oynayırdım. Əvvəldən üstünlüyə yiyələndim və qələbə qazandım. Demək olar ki, oyun təkqapıya getdi.

- Belə çıxır ki, rəqibi yaxşı analiz etmişdiniz?
- Rəqib reytinqdə məndən aşağı idi. Bu halda qələbə qazanmalı idim. Sevinirəm ki, qarşıya qoyulan tapşırığın öhdəsindən gəldim.

- 4 turdan sonra ikinci milli komandamızın çıxışını necə dəyərləndirmək olar?
- Qarşıda hələ 7 tur var. Dünən təsadüf nəticəsində Almaniya ilə heç-heçə etdik. Rəqibim reytinqə görə 10-cu komanda olsa da, biz qələbə qazanmalı idik. Oyunların gedişindən əksəriyyət 3:1 hesablı qələbə gözləyirdi. Lakin ani diqqətsizlik heç-heçə oynamağımızla nəticələndi. Ümumiyyətlə, qarşılaşdığımız rəqiblər zəif deyil. Monqolustana qalib gəldik, almanlarla heç-heçə oynadıq. Bu gün üz-üzə gəldiyimiz İtaliya da güclü rəqibdir. Almanlar güclü olsalar da, heç-heçəyə görə çox əziyyət çəkməli oldular.

- Almaniya ilə görüşdə qələbəni əldən verdiyimizi qeyd etdiniz. Bu, kimin səhvi idi?
- Komanda yarışında belə hallar olur. Gərginlikdən son 2 oyunda gözlənilmədən səhvlər baş verdi və yekunda heç-heçə qeydə alındı. Kimisə günahlandırmaq düzgün deyil.

- 4 turdan 3-də oynamısınız. Qarşılaşdığınız rəqibərlə daha əvvəl görüşmüşdünüz?
- Xeyr, onlardan heç biri ilə daha əvvəl görüşməmişdim.

- Bu olimpiadada yer aldığınız komandanın kapitanı Sərxan Quliyevdir. Onun fəaliyyətini necə dəyərləndirmək olar?
- Kapitanımız Sərxan Quliyevdir. Anar Allahverdiyev də bizimlə birgə çalışır. Onun rəhbərliyi altında 2007 və 2008-ci ildə də çıxış etmişik.

- Lövhələrin seçimi ilə bağlı kapitan sizinlə məsləhətləşir?
- Xeyr, hər hansı məsləhət olmur. Yekun qərarı o özü qəbul edir.

- Bildiyimiz qədəri ilə tezliklə ailə həyatı qurmağa hazırlaşırsınız. Ailə həyatı qurduqdan sonra karyeranızı davam etdirəcəksiniz?
- Bəzi şeyləri hələ ki sirr saxlamaq istərdim.

- Hər halda, şahmata davam edib-etməyəcəyiniz maraqlıdır...
- Karyeramı davam etdirəcəyəm. Hətta bu yaxınlarda universitetə də daxil olmuşam. Xaricdə təhsil alacağam.

- Maraqlıdır, şəxsi məşqçiniz kimdir?
- Hazırda şahmatla daim məşğul olmuram. Əsasən yarışlardan öncə toplanışlarda iştirak edirəm.

Другие новости этого раздела

9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur
Arxiv
Sabah